Azərbaycan Ermənistana benzini neçəyə satıb?
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanın Azərbaycandan benzini hansı qiymətə alması barədə jurnalistlərin suallarını cavablandırıb.
AZ24.az Teleqraf-a istinadən xəbər verir ki, o, suala konkret cavab verməyib və bunun bazar qiymətlərindən asılı olduğunu söyləyib.
“Hazırda demək çətindir, ilk tədarük zamanı xərclər standart olmur, görünür, sonrakı mərhələlərdə də standart olmayacaq. Müəyyən qədər sabit və görünən bazar konyunkturası formalaşandan sonra dəqiq demək mümkün olacaq. İlk idxaldan sonra bəzi şirkətlər daha aşağı, bəziləri isə daha yüksək qiymətlə sata bilər, amma iştirakçıların davranışında düzəlişlər edən sonrakı dəyişikliklərdir. Özəl sektorda qiymət rəqabət əsasında formalaşır. Bizim vəzifəmiz bazarda mümkün qədər çox iştirakçı və müxtəlif mənbələr təmin etməkdir. Bu, rəqabətin artması və nəticədə qiymətlərin maksimum dərəcədə aşağı düşməsinə gətirib çıxaracaq”, – nazir qeyd edib.
Gevorq Papoyan konkret olaraq hansı özəl şirkətin Azərbaycandan benzin partiyası aldığını açıqlamayıb: “Zəhmət olmasa sorğu göndərin, cavab verə bilsək, verərik”.
Reklam
Oxşar xəbərlər
“Yaşayan Nostradamus”dan 2026-cı ildəTramp üçün DƏHŞƏTLİ PROQNOZ
Dünyanın ən böyük hərbi hava qüvvələri olan 10 ölkəsi – SİYAHI
Türkiyədə saxlanılan məşhurlar sərbəst buraxıldı – YENİLƏNDİ
Belə davam etsə, Ukrayna xəritədən silinəcək – Lukaşenko
Həbs olunan aparıcının telefonundan görün nə məlumatlar çıxdı – FOTO
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon Aİ-95 yola salınır