Rusiya və Ukrayna razılığa gəldi: Əsirlər azad ediləcək
Ukrayna ilə Rusiya arasında aparılan son danışıqlar nəticəsində iki ölkə İstanbul razılaşmalarının yenidən işə salınması və 1 200 ukraynalı əsirin azad edilməsi istiqamətində razılıq əldə edib.
Az24.az xəbər verir ki, məlumatı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov “Telegram” hesabında paylaşıb.
Onun sözlərinə görə, Prezidentin tapşırığına əsasən, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə əsir mübadiləsinin bərpası üçün intensiv görüşlər keçirilib.

Umerov qeyd edib ki, yaxın günlərdə texniki səviyyədə əlavə müzakirələr aparılacaq və bütün prosedur detalları razılaşdırılacaq.
“Əsas məqsədimiz – əsirlikdə olan ukraynalıların Yeni İl və Milad bayramlarını ailələrinin yanında keçirməsinə nail olmaqdır. Bunun üçün dayanmadan çalışırıq”, – deyə o bildirib.
Reklam
Oxşar xəbərlər
Məşhur müğənninin öldüyü təyyarə qəzasının görüntüləri – VİDEO
Xəzər dənizində “Lukoil”ə zərbə endirildi
Putin ələ keçirilməli və məsuliyyətə cəlb olunmalıdır – Hili
ABŞ hərbçilərinin Venesuelada istifadə etdikləri DƏHŞƏTLİ SİLAHLAR
Pezeşkian xalqı meydanlara çağırdı: Dialoqa hazırıq!
Rza Pəhləvi İran xalqına müraciət etdi: “Küçələri tərk etməyin”
Məşhur müğənni və qrupu təyyarə qəzasında həlak oldu – FOTO