Bakıda sərnişinlər mobil tətbiqlə avtobusların gəliş vaxtını öyrənə biləcəklər
Nəqliyyatın vaxtında və rahat hərəkəti şəhər sakinlərinin gündəlik planlarını birbaşa təsir edir. Avtobus dayanacaqları, marşrutlar və gediş-gəliş vaxtlarının əlçatan və dəqiq olması səyahəti planlamağı, gözləməni azaltmağı və ictimai nəqliyyatdan daha səmərəli istifadə etməyi mümkün edir. Bəs avtobuslarla bağlı məlumatları (dayanacaqları, vaxtları və s.) hansı tətbiq vasitəsilə əldə edə bilərik?
Az24.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sərnişinlərə göstərilən xidmət keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda AYNA tərəfində innovativ həllər üzərində iş aparılır:
“AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını real vaxtda izləyə biləcəklər. Bu yenilik ictimai nəqliyyatda şəffaflıq və rahatlığı artıraraq sərnişinlərin vaxtına qənaət etməyə imkan verəcək. Hazırda layihənin beta-versiyası test olunur. Sınaqlardan sonra tətbiq ictimaiyyətin ixtiyarına veriləcək”.
T.Orucov qeyd edib ki, eyni zamanda sərnişinlərin ictimai nəqliyyatla bağlı məlumatları rahat şəkildə əldə edə biləcəyi “Map AYNA” sistemi də yenilənib və funksionallığı daha da artırılıb:
“İctimai nəqliyyat barədə rəqəmsal informasiyalar ayna.gov.az internet resursunda “Avtobus marşrut xətləri” başlığı altında yayımlanmaqdadır. Hazırda platforma vasitəsilə sərnişinlər seçdikləri dayanacaq məntəqəsi, həmin dayanacaqdan keçməklə fəaliyyət göstərən marşrutların daşıyıcısı, hərəkət sxemi, tarifi və dayanacaqları haqqında məlumat əldə edə bilərlər”.
Reklam
Oxşar xəbərlər
Noyabr ayının sosial yardımları tam ödənildi
Bakıda xüsusi təyinatlı texnikalar hazır vəziyyətə gətirildi
Saat 10:00-da qaz kəsiləcək – Bu ərazilərdə
Bu ərazilərdə işıq olmayacaq
Bu şəxslərin maaşı 1971 manat oldu
Bu rayonlarda qaz kəsiləcək
Sabah bu rayonun qazı kəsiləcək
İşsizlərə ŞAD XƏBƏR: 16 manat ödəmək məcburi deyil