Bakıya “ağıllı” işıqforlar quraşdırıldı – Tıxaca nəzarət edəcək
Bakıda bir sıra küçə və prospektlərdə yeni tip işıqforların quraşdırılması sürücülər arasında maraq yaradıb.
AZ24.az xəbər verir ki, işıqforların üzərindəki kamera və sensorlara bənzər qurğular əvvəlcə radar olaraq düşünülsə də, nəqliyyat sensoru və nəqliyyat axınına nəzarət sisteminin bir hissəsidir.
Məlumata görə onların əsas funksiyası işıqfor qarşısında neçə avtomobil dayandığını və zolaqlarda sıxlığı adaptiv bir şəkildə təyin etmək olacaq.
Toplanan məlumat əsasında işıqforun fazaları tənzimlənəcək və avtomobil axını sıxlığa görə səmərəli idarə olunacaq.
Beynəlxalq təcrübədə “vehicle detection camera” və ya “traffic monitoring sensor” kimi tanınan sistem artıq müxtəlif ölkələrdə də uğurla tətbiq edilir.
KİV-də yer alan məlumata görə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, bununla bağlı yaxın günlərdə ətraflı məlumat verəcək. (milli.az)
Reklam
Oxşar xəbərlər
Mirmahmud Mirəlioğlunun ölən 18 yaşlı nəvəsinin FOTOSU
DİN şagirdlərə satılan bu məhsulu araşdırır
Vüqar Əhməd AMEA üzvü seçildi
Müştəriləri aldadan şadlıq sarayı Xəlil Göyüşovun imiş
Bu şəxslərin işdən çıxarılması cinayət məsuliyyəti yarada bilər
Pensiya sistemi dəyişir? Yeni islahatlarla bağlı AÇIQLAMA
Gələn ildən təqaüdlər nə qədər artacaq? – MÜHÜM AÇIQLAMA