Vüqar Əhməd AMEA üzvü seçildi

Vüqar Əhməd AMEA üzvü seçildi

Cəmiyyət 17.12.2025 21:23 44

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd 52 ölkədən 130 alimin səslərini qazanaraq əsas ofisi Çinin Honkonq şəhərində yerləşən Asiya Elmlər Akademiyasına üzv seçilib.

AZ24.az xəbər verir ki, bu barədə ajans.az-a Ədəbiyyat İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, Vüqar Əhmədlə yanaşı, Asiya Elmlər Akademiyasına şöhrətli Azərbaycan alimləri də rəhbər və üzv seçiliblər: professor Elçin Xəlilov prezident, akademik Ziyad Səmədzadə və professor Ədalət Muradov vitse-prezident, professorlar Mahirə Hüseynova (akademik), Məhbubə Vəliyeva (akademik), Vahid Novruzov (akademik).

Qeyd edək ki, Vüqar Əhməd buna qədər bir çox beynəlxalq elmi-ədəbi akademiya və təşkilatlara üzv seçilərək Azərbaycanı ləyaqətlə təmsil edib. Eyni zamanda, o, elmi fəaliyyətinə görə dünya ölkələrinin akademiyalarının qızıl medalları və diplomları ilə təltif olunub.

Reklam