Xoşbəxtlik səviyyəniz dərhal iyirmi beş faiz artacaq! – Professor sirri açıqladı
Harvard Universitetinin professoru Artur Bruksun fikrincə, xoşbəxtlik virus kimi insandan insana yoluxur və bu təsir hətta dostların dostlarına qədər yayılır. Populyar psixologiya və xoşbəxtlik mövzusunda onilliklərdir araşdırmalar aparan Harvard Universitetinin professoru Artur Bruks xoşbəxtlik anlayışına yeni baxış bucağı gətirir: “Xoşbəxtlik bir insandan digərinə, oradan da başqasına yayılan zehni virusdur.”
Bruks bildirir ki, bu proses təkcə müsbət duyğularla məhdudlaşmır, mənfi emosiyalar da eyni sürətlə yayılır. Bəs bu emosional yoluxma necə baş verir və həyatımıza necə təsir göstərir?
Onun sözlərinə görə, neqativ düşüncəli bir iş yoldaşının enerjisinin qısa müddətdə bütün komandaya təsir etməsi uydurma ssenari deyil, tamamilə elmi bir həqiqətdir. Bu hal iki əsas mexanizmlə izah olunur:
Neqativliyə meyl: Beynimizin mənfi hadisə və duyğulara daha çox fokuslanması sağ qalmağımıza xidmət edən ibtidai bir mexanizmdir, lakin eyni zamanda bizi bədbinliyə də sürükləyə bilər.
Güzgü neyronları: Başqalarında gördüyümüz emosional ifadə və halları avtomatik şəkildə təqlid edən sinir hüceyrələri ətrafımızdakı ruh halına sürətlə uyğunlaşmağımıza səbəb olur.
Bruks vurğulayır ki, necə ki, neqativlik yayılır, eləcə də xoşbəxtlik də insandan insana keçən zehni virusdur və bu yayılmada emosional yaxınlıq həlledici rol oynayır.
Xoşbəxtlik üçüncü dərəcəyədək yoluxur
Artur Bruks bu elmi əsasları izah etmək üçün ABŞ-ın Massaçusets ştatının Framinqem şəhərində aparılmış, ürək-damar risk faktorlarını araşdırmağı hədəfləyən 20 illik uzunmüddətli tədqiqatın diqqətçəkən nəticələrini gündəmə gətirib.
Bruks 2008-ci ildə siyasi alim Ceyms H. Fauler və sosioloq Nikolas A. Kristakisin dərc etdiyi məqaləyə istinad edərək tədqiqatçıların maraqlı əlaqələr aşkar etdiyini qeyd edir:
“Onlar piylənmənin yoluxucu olduğunu, dostlarınız boşandıqda sizin də boşanma ehtimalınızın artdığını müəyyən ediblər. Eyni zamanda dostlarınız xoşbəxt olduqda, sizin də xoşbəxt olma ehtimalınızın daha yüksək olduğunu aşkar ediblər.”
Həmin dövrdən etibarən xoşbəxtliyin emosional yaxınlığın üçüncü dərəcəsinədək yoluxucu olduğu qəbul edilir. Yəni bu təsir dostlara, dostların dostlarına və hətta dostların dostlarının dostlarına qədər yayılır. Fiziki yaxınlıq da bu effekti gücləndirir: xoşbəxt olan bir dostunuzdan təxminən bir mil məsafədə yaşamaq, sizin də xoşbəxt olma ehtimalınızı yüzdə iyirmi beş artırır.
Müəlliflərin fikrincə, bu cür nümunələri yalnız oxşar insanların bir-birinə cəlb olunması meyli ilə, yəni homofiliya ilə izah etmək mümkün deyil; xoşbəxtlik həqiqətən yayılan bir dinamika daşıyır.
Sonrakı araşdırmalar göstərir ki, bu yayılma yalnız fiziki sosial şəbəkələrlə məhdudlaşmır. Stenford Universitetinin məlumatına görə, onlayn sosial şəbəkələrdə də eyni fenomen müşahidə olunur: neqativ məzmun nə qədər az olarsa, istifadəçilər arasında bir o qədər çox müsbətlik və xoşbəxtlik yayılır.
Artur Bruks beynimizə əlavə bir doz mənfilikdən qat-qat daha çox fayda verəcək “yaxşı enerjini” artırmaq üçün sadə strategiyalar da tövsiyə edir:
Neqativliyə gülümsəmə ilə cavab verin: Əsəbi bir iş yoldaşının kobud reaksiyasına yumorla və ya sadəcə bir gülümsəmə ilə qarşılıq verin.
Xoşbəxt insanlarla əhatələnin: Həmişə sizə ən səmimi təbəssümünü bəxş edən dostunuzu axtarın.
Şükür və fərqindəlik: Öz mənfi meyllərinizi nəzarətdə saxlamaq üçün şükür etmə və fərqindəlik kimi yanaşmaları tətbiq edin.
Dəniz
Reklam
Oxşar xəbərlər
Tez yuxuya getməyinizə kömək edəcək 6 SADƏ VƏRDİŞ
Oyanan kimi BUNU ETMƏYİN! – Çox zərərlidir
Bitkilərlə evdə stressi azaltmaq: Lavanda və nanənin FAYDALARI
Xərçəngin dərmanı bu heyvanın bağırsaqlarında imiş
Bu qarışım saçları 5 sm uzadır
Orqanları aktiv şəkildə zəhərləyən 4 QİDA – Məşhur cərrahın siyahısı təəccübləndirdi
Nənələrimizin öskürək üçün bildiyi çay: Kəklikotu