Murad Sultanlı saxlanıldı

Murad Sultanlı saxlanıldı

Siyasət 17.12.2025 16:15 56

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının sədri Murad Sultanlının saxlanıldığı bildirilir.

Az24.az “yeni sabah”a istinadla xəbər verir ki, bu barədə partiya funksionerləri məlumat yayıb.

Onlar qeyd edib ki, M.Sultanlının şəxsi telefonuna 2 gündür zəng çatmır. Lakin hadisənin təfərrüatları məlum deyil.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar.

Reklam