Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb
Tanınmış bədii qiraətçi, professor, Əməkdar müəllim Nadir Hüseynov vəfat edib.
AZ24.az xəbər verir ki, bu barədə APA-ya aktyor Nofəl Vəliyev məlumat verib.
Onun sözlərinə görə, Nadir Hüseynovun sükan arxasında ürəyi dayanıb, daha sonra avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb.
Qeyd edək ki, o, 1952-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib.
1975-ci ildə Leninqradda keçirilən ümumittifaq bədii qiraətçilər müsabiqəsinin diplomantı olub. Sonrakı illərdə N.Hüseynov müxtəlif televiziya verilişlərinin, yubileylərin və tədbirlərin aparıcısı kimi çıxış edib. Xüsusilə Azərbaycan Dövlət Televiziyasında yayımlanan “Ozan” folklor toplusu verilişinin aparıcısı kimi tanınıb.
O, uzun illərdir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Səhnə danışığı” fənnini tədris edirdi.
Reklam
Oxşar xəbərlər
DİN əməliyyat keçirdi – 47 kq narkotik ələ keçirildi
Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu
Bakıda 46 yaşlı müəllim vəfat etdi – FOTO
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Bakıda tələbə faciəvi şəkildə öldü – FOTO
Xəstə uşaqların şəkillərini paylaşıb, 200 min manat yığdı, özü üçün xərclədi – VİDEO
Zakir Qaralova AĞIR İTKİ