Bakıdakı məktəbdə şagirdlər zorakılığa məruz qalıb – VİDEO

Bakıdakı məktəbdə şagirdlər zorakılığa məruz qalıb – VİDEO

Cəmiyyət 17.12.2025 13:12 14

Bakının 187 saylı tam orta məktəbinin 6-cı sinif şagirdləri və onların valideynləri ciddi narahatlıq içindədir.

Az24.az xəbər verir ki, buna səbəb həmin sinifdə təhsil alan bir şagirdin aqressiv davranışlarıdır.

Valideynlər bildirir ki, övladları məktəbə getməkdən çəkinir, çünki həmin şagirdin digər uşaqlar üçün real təhlükə yaratdığını düşünürlər.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, həmin şagird əvvəlcə 11 saylı inteqrasiya təlimli internat tipli məktəbdə təhsil alıb və daha sonra 187 saylı məktəbə yerdəyişmə edib. Lakin məktəbə gəldiyi gündən etibarən davranış qaydalarını davamlı şəkildə pozub, dərs prosesinə mane olan və aqressiv hərəkətlər edir.

Məktəb rəhbərliyi və psixoloq tərəfindən dəfələrlə profilaktik söhbətlər aparılsa da, nəticə əldə olunmayıb. Eyni zamanda valideyninə xəbərdarlıqlar edilsə də, davranışda dəyişiklik müşahidə olunmayıb.

Şagirdin məktəbdaxili nizam-intizam qaydalarına zidd davranışları ilə bağlı hüquq-mühafizə orqanlarının aidiyyəti nümayəndələrinə məlumat verilib. Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.

Ətraflı reportajda:

Reklam