Güllü mirasına görə öldürülüb – Yeni faktlar ortaya çıxdı
Müğənni Güllünün bacısı və qardaşı sənətçinin miras məqsədilə öldürüldüyü iddiasıyla onun qızı, oğlu və keçmiş əri haqqında prokurorluğa şikayət ərizəsi verib.
Az24.az xəbər verir ki, ərizədə Güllünün ölümündən dörd gün sonra onun övladları şəxsi pensiya hesabındakı vəsaitin çıxarıldığı və həyat sığortası üçün müraciət edildiyi iddia edilib. Bildirilir ki, araşdırma qətl işi ilə birləşdirilib.
Yalova Cumhuriyyət Baş Prokurorluğunun apardığı araşdırmada Güllünün 2009-cu ildən bu yana aktiv olan şəxsi pensiya hesabındakı vəsaitin qanuni mirasçıları Tüğyan Ülkem Gülter və Tuğberk Yağız Gülter tərəfindən ölümündən dörd gün sonra çıxarıldığı müəyyən edilib. Güllü’nün bacısı Kader Tut və qardaşı Raşit Günyer isə qətlin miras səbəbi ilə planlaşdırıldığını iddia edərək işə etiraz edib.
Baş Prokurorluq şikayəti qətl işi ilə birləşdirərkən, bank və sığorta şirkətlərindən məlumat tələb edib. Araşdırma çərçivəsində Güllünün oğlu Tuğberk Yağız Gülter də prokurorluğa ifadə verib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Güllünün oğlu prokurorluqda ifadə verdi
Baş nazir dünya liderlərindən aldığı hədiyyələri satışa çıxarır
Tehranda yaşayış binası çökdü – FOTO
Putin Türkiyəyə səfər edəcək
Elon Mask dünyanın ilk trilyonçusu olmağa yaxınlaşır
Filipp Kirkorov axtarışa verildi
Türkiyə qırıcıları Qara dənizdə uçan PUA-nı zərərsizləşdirdi