Ceyhunun ölümünə görə şərti məhkum edilən polkovnik təqaüdə göndərildi

Ceyhunun ölümünə görə şərti məhkum edilən polkovnik təqaüdə göndərildi

Cəmiyyət 17.12.2025 12:11 36

Xidmət yerindən itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun ölümü ilə bağlı şərti məhkum edilən polkovnik Samir Həziyev təqaüdə göndərilib.

Az24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, cinayət işi başlayandan sonra sərəncama götürülən polkovnik öz istəyi ilə xidmətini başa vurub.

Son olaraq hərbi hissə komandiri işləyən S. Həziyev Azərbaycan Ordusunun ehtiyatına buraxılıb.

Qeyd edək ki, polkovnik Həziyev əsgərinin intiharına görə əvvəlcə 4 il azadlıqdan məhrum edilib, bir neçə ay sonra cəzası şərti hesab edildiyindən azadlığa çıxıb.

Reklam