Bakıda bu binalarda yaşamaq TƏHLÜKƏLİDİR! – Əhaliyə XƏBƏRDARLIQ

Bakıda bu binalarda yaşamaq TƏHLÜKƏLİDİR! – Əhaliyə XƏBƏRDARLIQ

Cəmiyyət 17.12.2025 11:30 42

Paytaxtdakı 4 və 5 mərtəbəli binaların çoxunun istismar müddəti başa çatsa da, hələ də çox sayda insan bu tikililərdə yaşayır. Ən pisi də odur ki, həmin binaların konstruksiyalarına son illərdə ciddi müdaxilələr edilib.

Belə ki, əksər 4 və 5 mərtəbəli binaların birinci mərtəbəsi artıq təyinatı üzrə istismar edilmir. Bu mərtəbələrdən qeyri-yaşayış sahəsi kimi faydalanırlar. Nəticədə, həmin binaların aparıcı konstruksiyaları ciddi xələl görür.

Bu isə təhlükəli vəziyyətin yaranmasına səbəb olur.

Az24.az xəbər verir ki, mövzu ilə bağlı bizim.media-ya danışan memar Cahid Həsənovdeyir ki, bu diqqət ediləsi vacib məsələdir:

“Bakı şəhərində inşa edilən 4-5 mərtəbəli binaların hamısı ötən əsrin ortalarında inşa edilib. Bu da o deməkdir ki, həmin binaların istismar müddəti başa çatıb. Təsadüfi deyil ki, həmin binalardakı mənzillər təhlükə səbəbindən ipoteka predmeti ola bilmir.

Bununla belə, həmin binalar bu gün çox ağır şərtlərlə istismar edilir. Hazırda paytaxtdakı 4-5 mərtəbəli binaların hamısının birinci mərtəbəsi ticarət obyektlərinə çevrilib. Bu səbəbdən mənzillərdə müəyyən rekanstruksiya işləri aparılıb. Təbii ki, bu da binanın istinad divarlarına zərər vurur, qəza təhlükəsini artırır.

Təsəvvür edin ki, bu binalar layihələndirilən zaman birinci mərtəbə heç vaxt qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmayıb. Bu da o deməkdir ki, bu binalar qısa müddətli istismar üçün nəzərdə tutulub. O zaman əsasən 9 mərtəbəli binaların birinci mərtəbəsində ticarət obyektlərinin fəaliyyətinə icazə verilirdi.

Bundan əlavə, 4-5 mərtəbəli binaların zirzəmiləri də istismar üçün yararsız hesab edilirdi.

Amma təəssüf ki, bu gün əksər 4 və 5 mərtəbəli binaların zirzəmilərindən bu və digər məqsədlər üçün istifadə edilir. Bəzənsə zirzəmidə normal hündürlük əldə etmək üçün döşəmə hissəsi qazılıb, aşağı salınır. Bu da ciddi təhlükə yaradır. Bir sözlə, hazırda paytaxtdakı 4 və 5 mərtəbəli binaların istismarında ciddi problemlər var”.

Reklam