Tolqadan Günaya cavab: “Deyəsən, narkotik tədarükçün dəyişib…”
Türkiyəli aktyor Tolqa Karel ondan şikayətçi olan keçmiş həyat yoldaşı, azərbaycanlı model Günay Musayevaya cavab verib.
Az24.az xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşım edərək Günayın narkotik maddə istifadəçisi olduğunu iddia edib:
“İnsanlar keçmişi unuda bilər, amma Türkiyə mediası arxivləri və məhkəmə qərarlarını təəssüf ki, qeydiyyata alır. Deyəsən, narkotik tədarükçün dəyişib və ya yeni bir filmin üçün piyar hazırlıqlarına başlamısan.
Oğlum Cahangirin 18 yaşına qədər, Türkiyə qalması daha xeyirli olacaq. Amma desən ki, artıq təmizəm, həkimdən müsbət qan və saç nümunələri gətir. Bəlkə fikrimi dəyişdim.
Məni heç tanımayan, sadəcə o qadının yalanları və şərlərinə görə, digər 4 uşağımın varlıqlarını ve yaşamlarını heçə sayıb. Sadəcə bir uşağımın üzərindən şəxsiyyətimə, mənə və ailəmə rəy bildirənlərin, digər uşaqlarımın qüruru və şərəfi üçün ciddi bir üzrxahlıq gözləyirəm. Əks təqdirdə ölümlü dünyadır, heç birinə qulluq haqqımı halal etmirəm”.
Qeyd edək ki, Günay oğlu Cahangiri xaricə apara bilmədiyini, atasının icazəsi tələb olunduğunu deyib. O, övladının arzusunu gerçəkləşdirmək üçün Tolqaya səslənib. (axsam.az)
Reklam
Oxşar xəbərlər
Rəqsanə “Fazillə hər şey bitib” xəbərinə aydınlıq gətirdi – VİDEO
Murad Dadaşov fiziki qüsurlu əməkdaşları ilə rəqs etdi – VİDEO
Nəsrin Cavadzadənin bu FOTOLARI çox bəyənildi
Rəqsanə həyat yoldaşından ayrılıb – Özü açıqladı
“Qadın puluna gözünü tikən kişiyə kişi kimi baxmıram” – VİDEO
Nadir yenə baba olacaq
Nüşabə Ələsgərli var-dövlətini açıqladı