Baş nazir dünya liderlərindən aldığı hədiyyələri satışa çıxarır
İtaliyanın Baş naziri Corciya Meloni dövlət səfərləri zamanı müxtəlif dünya liderlərindən aldığı hədiyyələri xeyriyyə məqsədilə hərraca çıxarmağı planlaşdırır.
Az24.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, Meloni dünyanın müxtəlif ölkələrinin rəhbərlərindən və prezidentlərindən aldığı təxminən 270 hədiyyə əşyasını Romada yerləşən Bertolami Fine Art hərrac evi vasitəsilə satışa çıxaracaq.
Bunlara Albaniyanın Baş naziri Edi Rama tərəfindən ad günü üçün verilən şərfdən tutmuş ABŞ-ın keçmiş prezidenti Co Baydenin keramika qabına qədər müxtəlif predmetlər daxildir.
Bu hədiyyələrin ümumi dəyəri təxminən 800 000 avro qiymətləndirilir və satışdan əldə olunacaq vəsait müxtəlif xeyriyyə təşkilatlarına veriləcək. Hərracın tarixi hələ açıqlanmayıb, lakin planlaşdırılan satışın Milad bayramı öncəsi keçirilməsi gözlənilir.
Hədiyyələr hazırda Meloninin rəsmi iqamətgahı Palazzo Chigidəki xüsusi anbar otağında saxlanılır. Siyahıya hələlik hamısı daxil edilməsə də, siyahıda hind donu, çini çay dəsti, xalçalar və digər diplomatik əşyalar yer alır.
Meloninin bu addımı həm ölkədə diplomatik hədiyyələrə dair qanunvericiliyə uyğunluğu təmin etmək, həm də sosial xeyriyyə fəaliyyətlərinə dəstək vermək məqsədi ilə atıldığı bildirilib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Güllü mirasına görə öldürülüb – Yeni faktlar ortaya çıxdı
Güllünün oğlu prokurorluqda ifadə verdi
Tehranda yaşayış binası çökdü – FOTO
Putin Türkiyəyə səfər edəcək
Elon Mask dünyanın ilk trilyonçusu olmağa yaxınlaşır
Filipp Kirkorov axtarışa verildi
Türkiyə qırıcıları Qara dənizdə uçan PUA-nı zərərsizləşdirdi