Bu qarışım saçları 5 sm uzadır

Bu qarışım saçları 5 sm uzadır

Sağlamlıq 16.12.2025 17:57 24

Bəzi insanlar üçün saçın uzanması demək olar ki, möcüzədir. Təbii yağlarla hazırlanan bu xüsusi qarışım müntəzəm istifadə edildikdə saçların daha sürətli uzanmasına, gurlaşmasına və daha canlı görünməsinə kömək edir. Ayda 5 sm uzanma hər kəsdə fərqli ola bilər, amma düzgün və davamlı qulluq saç sağlamlığını gözlə görünən şəkildə yaxşılaşdırır.

Həmin qarışımın tərkibi belədir:

2 xörək qaşığı hind yağı

1 xörək qaşığı zeytun yağı

5 damcı rozmarin (bibəriyə) yağı

1 kapsul E vitamini yağı 

İstifadə qaydası

Bütün inqrediyentləri kiçik şüşə qabda qarışdırın. Qarışımı pambıqla və ya barmaq uclarınızla saç diblərinə masaj edərək çəkin.

Saçınızı streç plyonka və ya papaqla örtün. Ən azı 1 saat saxlayın, imkan varsa gecə boyu saçınızda qala bilər.

İlıq su və təbii şampunla yuyun.

Həftədə 2 dəfə tətbiq edin. Müntəzəm istifadədə 1 ay ərzində nəzərəçarpan uzanma müşahidə oluna bilər. Sağlam qidalanma və bol su içmək də saçların möhkəmlənməsinə kömək edir.

Dəniz

Reklam