AFFA “Qarabağ”ı azarkeşlərinə görə cərimələdi
AFFA “Qarabağ”ı azarkeşlərinə görə cərimələyib.
Az24.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Ağdam klubu Misli Premyer Liqasının XV turunda “Araz-Naxçıvan”la matçın 2-ci hissəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 3000 manat ziyana düşüb.
“Araz-Naxçıvan” isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.
“Kəpəz” – “Qəbələ” oyununda Gəncə komandası “Kəpəz” komandası 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ödəməli olacaq. “Qəbələ” isə 36-cı dəqiqədə futbolçusu İbrahim Sanqarenin ciddi qayda pozuntusuna görə 1000 manat ziyana düşüb. İ.Sanqare isə 2 oyunluq diskvalifikasiya olunub.
“Karvan-Yevlax” “İmişli” ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. “Sumqayıt” isə “Neftçi” il matçda sarı vərəqə alan 5 futbolçusuna görə eyni məbləğdə cərimə ödəməli olacaq.
Reklam
Oxşar xəbərlər
İlin ən yaxşı baş məşqçisi o oldu
İlin ən yaxşı futbolçusu seçildi
İlin ən yaxşı qolu seçildi – VİDEO
“Qarabağ” Antalyaya gedir
“Fənərbağça”dan inamlı qələbə – İkinci pilləyə yüksəldi
Vernidubun debütündə “Neftçi” qalib gələ bilmədi
Prezident bu işi Samir Şərifova yeni vəzifə verdi