Bu şəxslərə əmək haqqının 3 misli miqdarında müavinət ödəniləcək
Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatlarında dəyişiklik ediləcək.
Az24.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən Əmək Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Mövcud qanunvericiliyə görə, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 2 misli miqdarında müavinət ödəyir.
Layihəyə əsasən, işçi hərbi və ya alternativ xidmətə çağırıldığı halda əmək müqaviləsinə xitam verildikdə işəgötürən işçiyə orta aylıq əmək haqqının azı 3 misli miqdarında müavinət ödəyəcək.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Reklam
Oxşar xəbərlər
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
13.01.2026
16:45
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
13.01.2026
16:21
Bu cərimələr kəskin artdı
13.01.2026
15:55
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
13.01.2026
14:18
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
13.01.2026
12:00
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
13.01.2026
11:11