Orqanları aktiv şəkildə zəhərləyən 4 QİDA – Məşhur cərrahın siyahısı təəccübləndirdi
Məşhur ürək cərrahı Dr. Jeremy London diqqətsiz şəkildə istehlak edilən bəzi qidaların orqanizmi və dolayısı ilə daxili orqanları aktiv şəkildə zəhərlədiyini bildirib. Onun sözlərinə görə, bu qidalar müntəzəm istifadə edildikdə orqanlara ciddi zərər vurur və qidalanma vərdişləri təcili şəkildə yenidən nəzərdən keçirilməlidir.
Dr. Londonun siyahısında gözlənildiyi kimi fast food və alkoqolla yanaşı, bir çoxlarını təəccübləndirən başqa bir kateqoriya da var: süd məhsulları.
Fəst fud
Ürək cərrahı siyahının ilk sırasına fəst fud şəbəkələrində satılan məhsulları yerləşdirir. Dr. London bildirir ki, fəst fud zəncirlərində satılanların əksəriyyəti yeyilə bilən maddədir, amma əsl qida deyil.
Fəst fudun ara-sıra qəbulunun ciddi fəsadlar yaratmaya biləcəyini desə də, həkim bu tip qidaların müntəzəm qidalanma vərdişinə çevrilməsi halında nəticələrinin çox ağır ola biləcəyi barədə xəbərdarlıq edir.
Şirin qazlı içkilər
Siyahının ikinci sırasında fast foodla birlikdə geniş şəkildə istehlak olunan içkilər yer alır. Dr. London həm adi, həm də diet qazlı içkiləri nəzərdə tutaraq bu qrupu “maye ölüm” adlandırır.
Bu içkilərin əksəriyyəti yüksək miqdarda şəkər ehtiva edir. Şəkər əvəzediciləri olan diet versiyalar isə bəzi ölkələrdə mütəxəssislər arasında artıq narahatlıq doğuran maddələrə malik olduğu üçün həkim tərəfindən qətiyyən tövsiyə edilmir.
Süd məhsulları
Dr. Londonun siyahısında ən çox mübahisə yaradacaq maddə süd məhsullarıdır.
“Biz körpəlik dövründən sonra süd içən yeganə məməliyik və başqa bir növün südünü içirik. Bir düşünün”.
Həkim insanların uşaqlıqdan sonra niyə hələ də digər canlıların südünü istehlak etdiklərini sorğulamalı olduqlarını vurğulayır.
Alkoqol
Siyahının son sırasında alkoqol yer alır. Dr. London alkoqolun orqanizm üçün zəhərli olduğunu və mühakimə qabiliyyətini zəiflətdiyini bildirərək deyir: “Alkoqol bədənimizdəki hər bir hüceyrə üçün qəti şəkildə zəhərlidir”.
Həkim alkoqolun orta səviyyədə və ya nadir hallarda qəbulunun belə mənfi təsirə malik olduğu barədə xəbərdarlıq edib.
Dəniz
Reklam
Oxşar xəbərlər
Tez yuxuya getməyinizə kömək edəcək 6 SADƏ VƏRDİŞ
Oyanan kimi BUNU ETMƏYİN! – Çox zərərlidir
Bitkilərlə evdə stressi azaltmaq: Lavanda və nanənin FAYDALARI
Xərçəngin dərmanı bu heyvanın bağırsaqlarında imiş
Bu qarışım saçları 5 sm uzadır