Onlara maaşın 4 misli miqdarında müavinət ödəniləcək
Dövlət qulluqçusu vəfat etdikdə onun vərəsələrinə müavinət ödəniləcək.
Az24.az xəbər verir ki, bu məsələ Milli Məclisinin bugünkü plenar iclasında müzakirə olunan “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə dövlət qulluğuna xitam verildikdə onun vərəsələrinə orta aylıq dövlət məvacibinin 4 misli miqdarında müavinət ödəniləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Reklam
Oxşar xəbərlər
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
13.01.2026
16:45
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
13.01.2026
16:21
Bu cərimələr kəskin artdı
13.01.2026
15:55
“Azercell” abunəçilərinə BƏD XƏBƏR: Xidmətlər bahalaşdı
13.01.2026
14:18
Pensiyaçılara ŞAD XƏBƏR: Ödənildi
13.01.2026
12:00
TƏCİLİ – Azərbaycanda zəlzələ oldu
13.01.2026
11:11