Vernidubun debütündə “Neftçi” qalib gələ bilmədi

Vernidubun debütündə “Neftçi” qalib gələ bilmədi

İdman 15.12.2025 21:31 20

Misli Premyer Liqasının XV turunun son oyununda “Neftçi” doğma meydanda “Sumqayıt”la qarşılaşıb.

AZ24.az xəbər verir ki, Yuri Vernidubun rəhbərliyi altında ilk matçına çıxan “Neftçi” 2:0 hesabı ilə önə keçsə də, üstünlüyünü qoruya bilməyib və görüş 2:2 hesabı ilə başa çatıb.

Turnir cədvəlində “Sumqayıt” 27 xalla üçüncü, “Neftçi” isə 17 xalla səkkizinci pillədə qərarlaşıb.

Turun digər oyunlarında “Şamaxı” “Zirə”ni (2:1), “Sabah” “Turan Tovuz”u (3:1), “Kəpəz” “Qəbələ”ni (1:0), “Qarabağ” “Araz-Naxçıvan”ı (5:1) məğlub edib, “İmişli” – “Karvan-Yevlax” matçı isə 1:1 hesabı ilə bitib.

Reklam