“Azercell” xidmətlərini 50 faiz bahalaşdırdı – SİYAHI
“Azercell” bəzi kredit əsaslı xidmətləri üzrə yeni xidmət haqlarını müəyyənləşdirib
Az24.az xəbər verir ki, bu barədə şirkətin yaydığı rəsmi məlumatda qeyd olunub.
Bildirilib ki, “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlərin keyfiyyətinin artırılması, həmçinin müştərilərə təklif olunan tarif və xidmətlərin daha səmərəli şəkildə tənzimlənməsi məqsədilə 13 yanvar 2026-cı il tarixindən etibarən Simkredit və əlaqəli xidmətlər üzrə yeni ödəniş mexanizmi qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, 1 AZN məbləğində Simkredit üçün 0,30 AZN, 2 AZN Simkredit üçün 0,60 AZN, eləcə də 2 AZN-lik Simtaksit xidməti üçün 0,60 AZN xidmət haqqı tətbiq ediləcək. Bundan başqa, Ekstra kredit və İnternet kredit xidmətləri daxil olmaqla, “Simkredit” və “Simtaksit” çərçivəsində həyata keçirilən hər bir sorğuya görə 0,12 AZN ödəniş tutulacaq.
Qeyd edək ki, bu dəyişikliklər əvvəlki tariflərlə müqayisədə nəzərəçarpacaq artım deməkdir. Belə ki, əvvəl 1 AZN kredit üçün 0,20 AZN, 2 AZN kredit üzrə 0,40 AZN, 3 AZN kredit üçün isə 0,60 AZN servis haqqı tutulurdu. Bu da müqayisədə 50% artım deməkdir.
Şirkət vurğulayıb ki, bu dəyişikliklər göstərilən xidmətlərin davamlı inkişafını təmin etmək və müştəri məmnuniyyətini daha da yüksəltmək məqsədi daşıyır.
Reklam
Oxşar xəbərlər
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı