General rütbəsi verilən zabitlər kimdir? – FOTOLAR
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı Sərəncamla Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib.
Az24.az xəbər verir ki, “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilən daxili xidmət polkovniki Vaqif Tofiq oğlu İbrahimov Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisidir. O, Lənkəran və Ağdaşın sabiq icra başçısı Tofiq İbrahimovun oğludur.

“General-mayor” ali hərbi rütbəsi verilən polkovnik Fərhad Nəriman oğlu Səmədov isə FHN-in baş hərbi ekspertidir. O, daha əvvəl FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi vəzifəsində çalışıb.

“General-mayor” olan polkovnik Seymur Taleh oğlu Qaraşov isə nazirliyin Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisidir. O, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

“General-leytenant” ali hərbi rütbəsi verilən general-mayor Adil Ələsgər oğlu Abdullayev isə fövqəladə hallar nazirinin müavinidir. O, nazir müavini olmazdan əvvəl FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışıb. (qafqazinfo)

Reklam
Oxşar xəbərlər
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı