Qəbul imtahanları fevralda keçiriləcək? – RƏSMİ AÇIQLAMA

Qəbul imtahanları fevralda keçiriləcək? – RƏSMİ AÇIQLAMA

Cəmiyyət 15.12.2025 13:41 24

Sosial şəbəkələrdə gələn ilin qəbul imtahanları ilə bağlı bir sıra tarixlər açıqlanıb. İddia edilir ki, fevral ayının 15-də magistraturaya qəbul imtahanı keçiriləcək.

Az24.az xəbər verir ki, ancaq Dövlət İmtahan Mərkəzi (DİM) iddiaları təkzib edib.

Modern.az-ın məlumatına görə, qurumdan bildirilib ki, tarixlərlə bağlı DİM-in saytı və sosial şəbəkələri vasitəsilə elan edilməyən istənilən məlumat doğru deyil.

O da qeyd edilib ki, imtahan tarixləri ilə bağlı qrafik adətən ilin əvvəlində müəyyən edilir.

Reklam