Alimenti ödəməyən ata həbs olundu
Ağdaşda aliment borcunu ödəməyən ata həbs olunub.
Az24.az lent.az-a istinadla xəbər verir ki, 31 yaşlı Fərid Manafov 2015-ci ildə ailə həyatı qurub. Bu evlilikdən 2015 və 2019-cu il təvəllüdlü 2 övladları dünyaya gəlib. Cütlüyün münasibətləri bir müddət yaxşı olub. Lakin bu münasibət uzun sürməyib. 2019-cu ildə tərəflər boşanıblar və qadın azyaşlı övladlarını götürərək, ata evinə gedib.
Qadın uşaqların saxlanılması üçün Bakının Qaradağ rayon Məhkəməsinə müraciət edib. Məhkəmə qərar çıxarıb ki, Fərid hər uşağa görə aylıq 150, 2019-cu il təvəllüdlü övladına isə əlavə olaraq, 3 yaşı tamam olanadək aylıq 50 manat ödəsin. Lakin Fəridin sözlərinə görə, maddi imkanı kifayət etmədiyindən aliment ödənişlərini yerinə yetirə bilməyib.
Buna görə də onun barəsində Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmək) maddəsilə cinayət işi başlanıb.
Ağdaş rayon Məhkəməsinin qərarı ilə Fərid Manafov 1 il müddətinə azadlıqdan məhrum edilib.
Reklam
Oxşar xəbərlər
Arvadını bıçaqlayıb Çinə qaçan ər tutuldu
Bakıda SSRİ bayrağı qaldıranlar həbs olundu – VİDEO
Terrorçuluğun maliyyələşdirilməsinə görə üç nəfərə ağır cəza verildi
Bakıda fəvvarələr meydanında yanğın söndürüldü – YENİLƏNİB
Toy yasa döndü: Kişi oynadığı yerdə öldü
Bakıda toyda TƏHLÜKƏLİ ANLAR – Qonaqlar təxliyə olundu
Azərbaycanlı yeniyetmə namaza görə polisi bıçaqladı – ANBAAN VİDEO