Burak Özçivit 45 milyonluq müqavilə imzaladı

Burak Özçivit 45 milyonluq müqavilə imzaladı

Şou 15.12.2025 10:19 17

“Kuruluş Osman” serialından ayrıldıqdan sonra tez-tez gündəmə gələn Burak Özçivit bu dəfə yeni layihələrdən əldə etdiyi yüksək gəlirlə diqqət çəkib.

Az24.az xəbər verir ki, məşhur aktyorun reklam və teatr fəaliyyətlərini əhatə edən son müqavilələrinin ümumi dəyəri 45 milyon TL-yə çatıb.

Yeni mövsüm öncəsi serialda bölüm başına tələb etdiyi qonorarla bağlı prodüserlə razılığa gələ bilməyən Özçivit karyera planlamasında fərqli bir yol seçib. Bildirilir ki, aktyorun imzaladığı yeni razılaşma təkcə bir reklam filmi ilə məhdudlaşmır, eyni zamanda səhnəyə çıxacağı teatr tamaşasının əsas sponsorluğunu da əhatə edir.

Burak Özçivit peşəkar karyerasında ilk dəfə tək nəfərlik teatr tamaşası ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. “İstanbulun Ən gözəl qızı” adlı səhnə əsərində Özçivit həyatını peşəsinə, ailəsinə və ehtiraslarına həsr etmiş avtotəmirçi “Oki” obrazını canlandıracaq.

Tamaşanın ilkin mərhələdə 5 fərqli ölkədə, 16 şəhərdə nümayiş etdirilməsinin planlaşdırıldığı, bilet satışlarının isə eyni vaxtda başlayacağı qeyd olunur.

Dəniz

Reklam