Gəlin qayınanasını boğub öldürdü – Cinayət kameraya düşdü

Gəlin qayınanasını boğub öldürdü – Cinayət kameraya düşdü

Hadisə 15.12.2025 09:57 127

Noyabrın 3-ü Biləsuvar rayonunda vəfat etmiş və qan təzyiqindən öldüyü bildirilən qadının əslində qətlə yetirilməsi məlum olub.

Az24.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun İsmətli kəndində qeydə alınıb.

Belə ki, ilkin informasiyaya görə, həmin gün kənd sakini 1953-cü il təvəllüdlü Almaz Cəfərova beyindaxili təzyiqdən ölüb və onun təbii şəraitdə vəfat etdiyi bildirilərək dəfn edilib. Lakin polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə A. Cəfərovanın boğularaq öldürülməsi müəyyən edilib.

APA-nın məlumatına görə, dünən ortaya çıxan kamera görüntülərində onun gəlini tərəfindən boğulduğu aşkarlanıb.

Hadisəni törətməkdə şübhəli bilinən mərhumun gəlini 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadə və onun qardaşı 2000-ci il təvəllüdlü Qasım Həsənov polis tərəfindən saxlanılıb. Onlar aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Reklam