Müdafiə Nazirliyi məlumat yaydı: Təşvişə düşməyin!

Müdafiə Nazirliyi məlumat yaydı: Təşvişə düşməyin!

Cəmiyyət 15.12.2025 09:41 26

Pirəkəşkül və Ağdərədə 15-19 dekabr tarixlərində istismar müddəti başa çatmış, eləcə də istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Az24.az-a bildirilib ki, məhvetmə prosesi Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində həyata keçiriləcək.

“Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda qeyd edilib.

Reklam