Məşhur rejissor və arvadı öldürüldü, oğlu saxlanıldı

Məşhur rejissor və arvadı öldürüldü, oğlu saxlanıldı

Dünya 15.12.2025 09:14 42

Tanınmış rejissor, aktyor Rob Reiner ilə onun həyat yoldaşı Miçel Singer Reiner Los Ancelesdəki evlərində ölü tapılıblar.

Az24.az xəbər verir ki, onların üzərində bıçaq xəsarətləri olub, və hadisə qətl kimi qiymətləndirilir.

Reiner cütlüyünün oğlu Nick Reiner mümkün şübhəli şəxs kimi istintaqa cəlb olunub. Onun narkotik asılılığından əziyyət çəkdiyi barədə məlumatlar yayılmışdı.

Hadisənin səbəbi və ölümün detalları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Məlumatların dəqiqləşdirilməsi üçün araşdırmalar davam edir.

Reiner Hollivud kino aləmində uzun illər tanınmış sima olub. O, “All in the Family” serialındakı roluyla məşhurlaşmış və bir neçə filmin rejissoru olaraq da böyük uğurlar qazanmışdı.

Dəniz

 

Reklam