Şair Ramaldanovun ailə üzvləri qəzaya düşdü: 2 ölü, 4 yaralı

Şair Ramaldanovun ailə üzvləri qəzaya düşdü: 2 ölü, 4 yaralı

Hadisə 15.12.2025 08:53 248

Məşhur Ramaldanovlar ailəsində dünən gecə böyük faciə yaşanıb. Polkovnik Şair Ramaldanovun qardaşının ailə üzvləri Qusar rayonu, Yuxarı Ləgər kəndində yol-nəqliyyat qəzasına düşüblər.

Az24.az xəbər verir ki, bu barədə hərbi ekspert Üzeyir Cəfərov qeyd edib.

O bildirib ki, qəza nəticəsində polkovnikin qardaşı, polkovnik İlham Ramaldanovun qızı Tamilla xanım Ramaldanova və 43 yaşlı Cəmilə xanım Bağırova faciəli şəkildə dünyalarını dəyişiblər.Ailə üzvlərindən daha 4 nəfəri isə müxtəlif bədən xəsarətləri alıblar:

Qeyd edək ki, qəza ilə bağlı FHN məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, KİA markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb.

Qeyd edək ki, digər ailə üzvləri – Bakı şəhər sakinləri –  sürücü 1962-ci il təvəlludlü Fariza Vladimirovna – Ramaldanova, 2022-ci il təvəllüdlü əkizlər, Arman və Adam Qoşqar oğlu Rəhimovlar və 2017-ci il təvəlludlü Rüstəm Qoşqar oğlu Rəhimov Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Reklam