Zelenski ABŞ heyəti ilə danışıqlar aparmaq üçün Almaniyada – Qarşılanma tərzi müzakirə olundu

Zelenski ABŞ heyəti ilə danışıqlar aparmaq üçün Almaniyada – Qarşılanma tərzi müzakirə olundu

Dünya 14.12.2025 22:48 43

Ukrayna Prezidenti Volodimir Zelenski Almaniyaya səfər edib.

AZ24.az xəbər verir ki, onun səfər çərçivəsində ABŞ nümayəndə heyəti ilə görüşəcəyi bildirilib.

Zelenskinin Almaniyaya gəlişi zamanı qarşılanma forması diqqət çəkib. Ukrayna lideri adətən dövlət başçıları üçün tətbiq olunan rəsmi protokoldan fərqli olaraq, qırmızı xalça və hərbi orkestr olmadan, sadə şəkildə qarşılanıb. Bu məqam Almaniya mediasında və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə Ukraynadakı müharibə, təhlükəsizlik məsələləri və ABŞ–Ukrayna əməkdaşlığı ilə bağlı mövzuların müzakirə olunacağı gözlənilir.

Reklam