Bakıda ət kəskin BAHALAŞDI
Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir.
AZ24.az mətbuat.az-a istinadən xəbər verir ki, Yeni Ramananın inzibati ərazi bölgüsünə daxil olan “Şuşa” şəhərciyində iki gündür müştərilərə nisbətən baha qiymətə ət təklif olunur.
Hazırda şəhərcikdə 1 kiloqram dana əti 17, qoç əti 15.50, quzu əti isə 21 manata satılır. Üç gün əvvəl isə dana ətinin qiyməti 15, bəzi qəssabxanalarda isə 14 manat olub. Quzu ətinin bir kiloqramı isə 18-19 manatdan satılıb.
Qəssablar ətin qiymətinin artmasını dabaq xəstəliyi ilə bağlı təhlükənin aradan qalxması ilə əlaqələndiriblər.
Onların sözlərinə görə, indi insanlar dana əti almağa tərəddüd etmirlər:
“Dana ətinə tələbat artıb. Bu isə qiymət artımına səbəb olub”.
Bahalaşmanın digər səbəbi isə Yeni il bayramının yaxınlaşmasıdır.
“Bayram ərəfəsində kəndli məhsulunu baha satır. Biz də qiyməti qaldırmağa məcbur oluruq”, – qəssab Teymur Səfərov belə deyib.
Reklam
Oxşar xəbərlər
Qazaxda 1200-dən çox abonentin qazı dayandırılacaq
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı