Soğan suyunun SAÇLARA TƏSİRİ sizi təəccübləndirəcək
Xalq təbabətində uzun illərdir istifadə olunan soğan suyu son dövrlər saç baxımı ilə maraqlananların diqqət mərkəzinə düşüb. Bir çox insan bu üsulun saçlara müsbət təsir göstərdiyini bildirir.
Soğanın tərkibində olan təbii maddələrin saç dərisini canlandırdığı, saç köklərini gücləndirdiyi və saç dərisində qan dövranını artırdığı düşünülür. Məhz buna görə də soğan suyu əsasən saç tökülməsi zamanı köməkçi vasitə kimi istifadə olunur.
Xalq arasında yayılan fikirlərə görə, soğan suyunun müntəzəm istifadəsi saçların daha canlı görünməsinə və zəifləyən saç köklərinin bərpasına yardımçı ola bilər. Lakin bu təsir hər kəsdə eyni olmaya bilər.
Soğan suyunun istifadəsi də olduqca sadədir. Adətən sıxılmış soğan suyu saç dərisinə masaj edilərək çəkilir, 20–30 dəqiqə saxlanıldıqdan sonra saçlar ilıq su və şampunla yuyulur. Bu üsul həftədə 1–2 dəfə tətbiq olunur.
Ən çox narahatlıq yaradan məqam isə qoxudur. Qoxunu azaltmaq üçün saçların yuyulduqdan sonra limonlu və ya sirkəli su ilə yaxalanması tövsiyə edilir.
Qeyd edək ki, həssas saç dərisinə sahib olanlar və dəridə qıcıqlanma problemi yaşayanlar bu üsulu sınamazdan əvvəl ehtiyatlı olmalıdır. Soğan suyu tibbi müalicəni əvəz etmir və yalnız köməkçi vasitə kimi dəyərləndirilməlidir.
Altay
Reklam
Oxşar xəbərlər
Tez yuxuya getməyinizə kömək edəcək 6 SADƏ VƏRDİŞ
Oyanan kimi BUNU ETMƏYİN! – Çox zərərlidir
Bitkilərlə evdə stressi azaltmaq: Lavanda və nanənin FAYDALARI
Xərçəngin dərmanı bu heyvanın bağırsaqlarında imiş