Onlayn alış-veriş edənlərə 5 VACİB MƏSLƏHƏT

Onlayn alış-veriş edənlərə 5 VACİB MƏSLƏHƏT

Maraqlı 14.12.2025 16:37 46

Alış-veriş çılğınlığı sizdə də varmı? Bir çox insan alış-verişi bir növ terapiya kimi görür. Ancaq ehtiyacı olmayan məhsulları aldıqdan sonra peşmanlıq hissi yaşayır. Hətta bu vərdişə görə psixoloqlardan dəstək alanlar da var. Kredit kartlarını çətin vəziyyətə salan bu alış-veriş asılılığını dayandırmaq üçün bəzi təsirli üsullar mövcuddur. 

Alış-veriş etmək istəyi bir impulsdur. Buna görə də, əgər məhsula real ehtiyacınız yoxdursa, xüsusilə onlayn alış-verişdə onu səbətə əlavə edin, amma dərhal almayın. Müəyyən vaxt keçdikdən sonra alış-veriş istəkinizin azaldığını hiss edəcəksiniz.

Az24.az mütəxəssislərin bu sahədə vacib tövsiyələrini təqdim edir:

1.Alış-veriş üçün planınız yoxdursa, kredit kartından istifadəni dayandırmaq çətin olar. Almaq istədiyiniz məhsula doğrudan da ehtiyacınız olub-olmadığını müəyyənləşdirin. Evdə artıq kifayət qədər əşya olduğunu özünüzə xatırlatmağa çalışın.

2.Stressli və ya kədərli olduğunuz vaxtlarda onlayn alış-veriş etməyin. Hirsinizi alış-verişlə çıxarmayın.

3.Bir çox mütəxəssis endirimli qiymətlərin əslində məhsulun real dəyəri olduğunu bildirir. Buna görə də reklamlara aldanmayın. Bəyəndiyiniz məhsulu almadan əvvəl rəy və qiymət müqayisəsi apararaq büdcənizə daha uyğun variantları araşdırın.

4.Alış-veriş əvəzinə sizi yaxşı hiss etdirəcək alternativ məşğuliyyətlər tapmağa çalışın.

5.Özünüzdən daha yaxşı vəziyyətdə olan insanlarla rəqabət aparmaq yerinə, sizdən daha çətin şəraitdə yaşayan insanları düşünün.

Dəniz

Reklam