Bakının bu ərazisində TƏHLÜKƏ: Yol torpaq altında qala bilər – VİDEO

Bakının bu ərazisində TƏHLÜKƏ: Yol torpaq altında qala bilər – VİDEO

Cəmiyyət 14.12.2025 16:18 92

Bakının Nəsimi rayonunun Xətai prospektində bir həftə öncə yağan yağışın fəsadları hələ də davam edir.

Belə ki, yol boyu axan palçıq avtomobil və piyadalar üçün çətinliklər yaradır.

Sakinlər bildirirlər ki, palçıq axıntıları torpaq uçqununa belə gətirib çıxara bilər, bu da öz növbəsində onlar üçün ciddi problemdir.

Məsələ ilə bağlı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən qeyd olunub ki, problemə səbəb drenaj sistemlərinin yağış sularını tam təxliyə edə bilməməsidir.

Az24.az İctimai TV-nin videomaterialını təqdim edir:

Reklam