Bu universitetlər paytaxtdan köçürülə bilər – Prosesə START VERİLİR
2026-cı ildən etibarən bəzi ali təhsil müəssisələrinin paytaxtdan kənara köçürüləcəyi ilə bağlı iddialar yenidən müzakirə olunur. Bəs doğrudanmı belə bir prosesə start veriləcək?
Az24.az xəbər verir ki, məsələ ilə bağlı danışan təhsil eksperti Ramin Nurəliyev konkret.az-a bildirib ki, universitetlərin şəhər mərkəzindən çıxarılması həm təhsil, həm də nəqliyyat infrastrukturuna ciddi şəkildə müsbət təsir göstərə bilər.
Ekspertin sözlərinə görə, beynəlxalq təcrübə, xüsusilə Türkiyə modeli göstərir ki, ali təhsil müəssisələrinin əksəriyyəti şəhərdən kənarda böyük kampus şəklində fəaliyyət göstərir. Bu isə həm nəqliyyatı yüngülləşdirir, həm də universitetlərə geniş akademik mühit qurmaq imkanı yaradır:
“Şəhərdən kənarda kampus formasında fəaliyyət həm tıxacın azalmasına səbəb olar, həm də universitetə laboratoriyalar, yataqxanalar və digər infrastruktur qurmağa şərait yaradar. Bakıda bir neçə universitetin şəhərdən çıxarılması mütləq vacibdir”, – deyə ekspert bildirib.
Ramin Nurəliyev xüsusilə Neft və Sənaye Universiteti, Texniki Universitet və Memarlıq və İnşaat Universiteti kimi laboratoriya tələb edən ixtisasların tədris olunduğu ali məktəblərin şəhər kənarında yerləşməsinin daha məqsədəuyğun olduğunu vurğulayıb.
Onun sözlərinə görə, tələbə yataqxanalarının çatışmazlığı da bu prosesin zəruriliyini artıran əsas amillərdən biridir:
“Xaricdən gələn tələbələrin ən böyük narahatlığı yataqxana problemidir. Kampus mühiti yaradılarsa, bu məsələnin də həllinə nail olmaq mümkündür.”
Ekspert həmçinin qeyd edib ki, təkcə universitetlər deyil, bəzi orta ümumtəhsil məktəblərinin də şəhərin ən yüklənmiş mərkəzi küçələrindən çıxarılması vacibdir:
“Məsələn, İçərişəhər kimi ərazilərdə məktəblərin yerləşməsi gələn-gedən şagird axınına görə tıxac yaradır. Bu da işə gedənlərin gecikməsinə səbəb olur.”
Ramin Nurəliyev hesab edir ki, Bakı artıq bu istiqamətdə addımlar atmağa məcburdur və yaxın illərdə universitetlərin şəhərdən kənara köçürülməsi prosesi mərhələli şəkildə həyata keçirilə bilər.
Reklam
Oxşar xəbərlər
Bu ərazilərə qar yağır – FAKTİKİ HAVA
Qazaxda 1200-dən çox abonentin qazı dayandırılacaq
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
