Portağaldan 3 dəfə çox C vitamini var – Cəfərinin FAYDALARI
Cəfərinin əslində tam bir sağlamlıq deposu olduğunu bilirsiniz? C vitamini, dəmir və antioksidantlarla zəngin olan bu yaşıl möcüzə immun sistemini gücləndirir, ödəmi azaldır və qaraciyəri təmizləyir. Biz mətbəximizdə cəfərini bir çox yeməkdə və ya salatda istifadə edirik, amma onun faydalarını çox önəmsəmirik. Halbuki cəfəri bir portağaldan 3 dəfə daha çox C vitamini ehtiva edir.
Az24.az cəfərinin faydalarını təqim edir:
İmmun sistemini gücləndirir
Cəfəri portağaldan belə daha çox C vitamini ehtiva edir ki, bu da bədənin infeksiyalara qarşı müqavimətini artırır. Xüsusilə soyuq havalarda bağışıklıq üçün təbii qoruyucu rolunu oynayır.
Ödəm və şişkinliyi azaldır
Təbii sidikqovucu xüsusiyyəti ilə cəfəri bədəndəki artıq suyun atılmasına kömək edir. Mütəmadi istehlak edilən cəfəri suyu, xüsusilə duzlu qidalanmadan yaranan şişkinlikləri azaldır.
Ürək və damar sağlamlığını qoruyur
Yüksək antioksidant və fol turşusu tərkibi sayəsində damar tıxanıqlığının qarşısını alır. Xolesterolu tənzimləyici təsiri ilə ürək üçün faydalıdır.
Qaraciyəri təmizləyir
Cəfərinin ən bilinən təsirlərindən biri qaraciyərin detoksudur. Limonla birlikdə istehlak edildikdə qaraciyərin toksinlərdən təmizlənməsinə kömək edir və metabolizmi dəstəkləyir.
Cild gözəlliyinə qatqı təmin edir
Antioksidantlar sayəsində cildi sərbəst radikallardan qoruyur. Cəfəri suyu və limon qarışığı, dəri tonunu bərabərləşdirməkdə və sızanaq görünüşünü azaltmaqda təsirlidir.
Ağız qoxusu və həzmə kömək edir
Cəfəri xlorofil baxımından zəngin olduğu üçün ağız qoxusunu aradan qaldırır. Həmçinin mədə turşusunu tənzimləyərək həzm prosesini asanlaşdırır.
Səhərlər limonla qarışdırılmış cəfəri suyu içmək olar. Salatlara, şorbalara və yaşıl smuzilərə əlavə edərək qida dəyərini artırmaq mümkündür. Lakin həddindən artıq istehlak, xüsusilə böyrək problemləri olan şəxslər üçün tövsiyə edilmir.
Dəniz
Reklam
Oxşar xəbərlər
Zeytun yarpağı: Sağlamlıq üçün faydaları və istifadəsi
İbn Sinanın öskürəyi kəsən MÖCÜZƏVİ QARIŞIMI – Ballı şərbət
Badam yağı – Sağlamlıq və gözəllik üçün təbii hədiyyə
Qara zirə nə üçün “şəfa toxumu” adlanır?
Bal, yoxsa bəkməz daha faydalıdır?
Zərdçalın faydaları: Sağlamlıq və gözəllik üçün təbii ədviyyat
Masa arxasında çalışanlar üçün 4 VACİB TÖVSİYƏ
Sağlam yuxunun SİRRİ – Həkimlərdən TÖVSİYƏ