Bakıya qar yağır

Bakıya qar yağır

Cəmiyyət 14.12.2025 09:54 37

Hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində isə sulu qar, qar yağır.

Az24.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidməti bu gün Bakıda və Abşeron yarımadasında günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı haqda mproqnoz yaymışdı. Bildirilirdi ki, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısa müddətə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Reklam