ABŞ-da universitetdə silahlı insident: 2 ölü, 9 yaralı

ABŞ-da universitetdə silahlı insident: 2 ölü, 9 yaralı

Dünya 14.12.2025 09:06 27

Dekabrın 13-də ABŞ-ın  Rod-Aylend ştatının Providens şəhərində yerləşən Brovn Universitetinin kampusunda kütləvi atışma baş verib.

Az24.az xəbər verir ki, hadisə yerli vaxtla təxminən saat 16:05-də kampusun mühəndislik binası yaxınlığında qeydə alınıb.

Rəsmi məlumatlara görə, atəş açan şəxs binanın içərisində və ətrafında bir neçə insanı vurub, nəticədə ən azı iki nəfər ölüb, daha səkkiz nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, bir nəfərin isə yüngül xəsarət aldığı bildirilib. Yaralananlar əsasən tələbələrdir.

Hadisə zamanı tələbə və əməkdaşlara qapıları bağlamaq, gizlənmək və hərəkətsiz qalmaq barədə təlimat verilib.

Hadisəni törədən şəxsin axtarışı davam edir, yerli polis və federal əməkdaşlar hələlik hər hansı bir şübhəlini saxlamadıqlarını açıqlayıb və ictimaiyyəti təhlükəsizlik üçün təcrid olunmuş yerdə qalmağa çağırıb.

Dəniz

Reklam