“Uşaq Avroviziyası 2025” müsabiqəsinin final mərhələsi keçirilir

“Uşaq Avroviziyası 2025” müsabiqəsinin final mərhələsi keçirilir

Dünya 13.12.2025 20:21 26

Gürcüstanın paytaxtı Tbilisidə 23-cü “Uşaq Avroviziyası 2025” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsinə start verilib.

AZ24.az xəbər verir ki, Azərbaycan bu il yarışmada 12 yaşlı Yağmur Nəsrullayeva ilə təmsil olunur. Gənc ifaçı “Miau Miau” adlı mahnı ilə səhnəyə 2-ci çıxacaq.

Müsabiqədə Azərbaycanla yanaşı ümumilikdə 17 ölkə iştirak edir. Bunlar Albaniya, Ermənistan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukraynadır.

Xatırladaq ki, “Uşaq Avroviziyası” tarixində ən çox – 4 dəfə qalib olan ölkə Gürcüstandır. Qonşu ölkə bu mötəbər müsabiqəyə artıq ikinci dəfə ev sahibliyi edir.

Reklam