Rusiyanın Türkiyə gəmisini vurmasına Ərdoğandan REAKSİYA

Rusiyanın Türkiyə gəmisini vurmasına Ərdoğandan REAKSİYA

Dünya 13.12.2025 19:54 234

Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa limanı yaxınlığında Türk şirkətinə məxsus ticarət gəmisi İsgəndər ballistik raketi ilə vurulub.

AZ24.az xəbər verir ki, hücum zamanı yanğın baş versə də, ölən və ya yaralanan olmayıb. Gəminin Ukrayna–Rumıniya marşrutu üzrə yükdaşıma fəaliyyəti göstərdiyi bildirilib.

Baş verən hadisədən sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı açıqlama verərək Qaradənizdə gərginliyin artmasının yolverilməz olduğunu vurğulayıb. O, Qaradənizin qarşıdurma meydanına çevrilməməli olduğunu, bölgədə təhlükəsizliyinin bütün tərəflər üçün vacib olduğunu deyib və müharibənin tezliklə diplomatik yollarla sona çatdırılmasının zəruriliyini qeyd edib.

Reklam