“Sabah” səfərdə “Turan Tovuz”u məğlub etdi

“Sabah” səfərdə “Turan Tovuz”u məğlub etdi

İdman 13.12.2025 19:41 35

Azərbaycan Premyer Liqasının XV turu çərçivəsində keçirilən oyunda “Sabah” səfərdə “Turan Tovuz” üzərində inamlı qələbə qazanıb.

AZ24.az xəbər verir ki, qarşılaşma Bakı təmsilçisinin 3:1 hesablı üstünlüyü ilə başa çatıb.

Oyunda hesab 31-ci dəqiqədə Coy Lens Mikels tərəfindən açılıb. Matçın ikinci hissəsində Velko Simiç 68-ci dəqiqədə fərqi artırıb. 79-cu dəqiqədə isə Umarali Raxmonaliyev “Sabah”ın üçüncü qolunu vurub.

“Turan Tovuz”un heyətində Filip Ozobiç 82-ci dəqiqədə fərqlənərək hesabı dəyişib.

Bu qələbə sayəsində xallarının sayını 31-ə yüksəldən “Sabah” turnir cədvəlinin ilk pilləsində yer alıb. “Turan Tovuz” isə 24 xalla beşinci mövqedə qərarlaşıb.

Reklam