Boksçumuz finalda ermənini məğlub edib dünya çempionu oldu
Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) dünya çempionu olub.
AZ24.az xəbər verir ki, millinin 19 yaşlı idmançısı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən mundialda bu titula yiyələnib.
Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Edmond Xudoyanla (Rusiya) qarşılaşıb. Mamedov rəqibini 4:3 (30:27, 28:29, 29:28, 30:27, 28:29, münsiflər 1:1) hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. O, bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Bununla da millimiz 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayev (+92 kq) mundialda 3-cü yeri tutublar.
Reklam
Oxşar xəbərlər
Qara Qarayevə vəzifə verildi
11.01.2026
21:56
Daha bir Fransa klubu “Qarabağ”ın oyunçusunu istəyir
10.01.2026
20:53
Macarıstan millisinin futbolçusu “Qarabağ”da oynamaq istəyir
09.01.2026
23:20
Kenan Yıldız “ayın ən dəyərli oyunçusu” seçildi
09.01.2026
21:18
Neymar şəxsi nəqliyyat vasitələrinin kolleksiyasını paylaşdı – FOTO
09.01.2026
11:47
“Yoldaşım evdə futbol oynamağımıza icazə vermir” – Messi
08.01.2026
21:45
“Beşiktaş”dan ayrılan Mert Günok “Fənərbaxça” ilə razılaşdı
08.01.2026
20:29