Məşhur siyasi xadimin qızı vəfat etdi – FOTOLAR

Məşhur siyasi xadimin qızı vəfat etdi – FOTOLAR

Hadisə 13.12.2025 15:35 396

Azərbaycan incəsənətinə və elminə ağır itki üz verib.

Az24.az Oxu24.com-a istinadla xəbər verir ki, tanınmış vokal müəllimi,musiqiçi və pedaqoq Tamilla Rəhimova (Əhmədova)dünyasını dəyişib.

Tamilla Əhmədova 1948-ci ilin martın 8-də Bakı şəhərində anadan olub.

Bakı Musiqi Akademiyasının və İncəsənət Universitetinin müəllimi kimi fəaliyyət göstərib.

Tamilla Əhmədova fəaliyyəti dövründə bir sıra məşhur ifaçıların yetişməsində mühüm rolu olub.

Məşhur ifaçılar – Xalq artisti  Faiq Ağayevin, vokal ifaçıları Təranə Mahmudovanın, Xəyyam Mustafazadənin, estrada müğənnisi, bəstəkar Murad Arifin, Azad Şabanovun və digərlərinin müəllimi Tamilla Əhmədova olub.

Mərhum bu gün Maştağa qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.

İki övladı var. Onlar ABŞ-da yaşayırlar. Hazırda Azərbaycana yola düşüblər.

Qeyd edək ki, Tamilla Əhmədova Azərbaycan ictimai-siyasi xadimi Nəcməddin Əhmədovun qızıdır.

Nəcməddin Əhmədov 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin məsul təşkilatçısı, qrup rəhbəri, bölmə müdiri, şöbə müdirinin müavini, 1964–1971-ci illərdə isə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsinin rəisi vəzifəsində çalışıb. 1971–1981-ci illərdə Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin birinci katibi, 1981–1986-cı illərdə isə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri olub. Təqaüdə çıxandan sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısının baş müşaviri kimi fəaliyyət göstərib. Nəcməddin Əhmədov 7 sentyabr 1995-ci ildə vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

Reklam