Güllünün qızı həbs edildi

Güllünün qızı həbs edildi

Dünya 13.12.2025 10:19 28

Yalovadakı evinin pəncərəsindən yıxılaraq həyatını itirən Güllünün ölümü ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan qızı Tuğyan Ülkem “qəsdən adam öldürmə” ittihamı ilə həbs edilib.

Az24.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Yalova Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan Güllünün qızı Tuğyan Ülkem Gülter və hadisə günü eyni otaqda olduğu bildirilən rəfiqəsi Sultan Nur Ulu ilə bağlı hüquqi prosedurlar başa çatdırılıb. Prokurorluqda verdiyi ifadədən sonra həbs tələbi ilə hakimin qarşısına çıxarılan Tuğyan Ülkem Gülter “qəsdən adam öldürmə” ittihamı ilə həbs olunub.

Sultan Nur Ulu barəsində isə ev dustaqlığı şəklində məhkəmə nəzarəti tədbirinin tətbiq edilməsinə qərar verilib. O, polis əməkdaşları tərəfindən Yalova mərkəzdə yerləşən yaşadığı ünvana aparılıb.

İstintaq çərçivəsində saxlanılan Arif Ulu və daha iki nəfər isə prokurorluqda ifadə verdikdən sonra sərbəst buraxılıb.

Qeyd edək ki, Tuğyanın rəfiqəsi Sultan Nur Ulu prokurorluqdakı ifadəsində Güllünü qızının öldürdüyünü etiraf edib:
“Biz oynadıqdan sonra Gül ana üzü şüşəyə tərəf dayanmışdı. Həmin anda Tuğyan dizlərindən bir az yuxarı hissədən Gül ananı qucaqlayıb itələdi və o da tarazlığını itirərək yıxıldı. Mən şok oldum. Daha sonra Tuğyan mənə “qaç’ dedi” Aşağı qaçdıq.”

Dəniz

Reklam