“Azercell” bu xidmətləri də bahalaşdırır
“Azercell” kredit üçün xidmət haqqını artırır.
Az24.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərar gələn ilin yanvarın 13-dən etibarən qüvvəyə minəcək.
Qərara əsasən, 1 manatlıq simkredit üçün 0,30 manat (indiyədək 0,20 manat), 2 manatlıq simkredit üçün 0,60 manat (indiyədək 0,40 manat), 2 manatlıq simtaksit üçün 0,60 manat (indiyədək 0,40 manat), 3 manatlıq simkredit üçün isə 0,90 manat (indiyədək 0,60 manat) xidmət haqqı tətbiq ediləcək.
Eyni zamanda “Simkredit”, “Simtaksit”, “Ekstra kredit” və “İnternet kredit” xidmətləri çərçivəsində göndərilən hər sorğuya 0,12 manat haqq tətbiq ediləcək.
İndiyədək isə SimKredit xidmətindən yararlanmaq üçün göndərilən hər bir SMS-in qiyməti 0.08 manat təşkil edib.
Reklam
Oxşar xəbərlər
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı