Evrim Akın ekranlara vida etdi

Evrim Akın ekranlara vida etdi

Şou 13.12.2025 09:52 47

Türkiyənin “Kanal D” telekanalı uzun illərdir “Ev Gezmesi” verilişinin aparıcısı olan Evrim Akınla əməkdaşlığa son qoyub.

Az24.az xəbər verir ki, layihədə aparılan struktur dəyişiklikləri nəticəsində proqramın adı “Pazar Gezmesi” olaraq yenilənib. Yenilənmiş formatda verilişi bundan sonra Asiye Acar təqdim edəcək. Beləliklə, proqram tamaşaçıların qarşısına həm yeni ad, həm də yeni aparıcı ilə çıxacaq.

Xatırladaq ki, “Bez Bebek” serialının çəkilişləri zamanı baş verdiyi iddia olunan hadisələrlə bağlı açıqlamalar son günlər mediada geniş müzakirə olunur. Serialda “Yağmur” obrazını canlandıran aktrisa Asena Keskinci illər sonra çəkiliş dövründə psixoloji təzyiqə məruz qaldığını bildirərək, baş rol ifaçısı Evrim Akınla bağlı bir sıra ittihamlar səsləndirib. Evrim Akın isə vəkilləri vasitəsilə bu iddiaların əsassız olduğunu açıqlayıb.

Dəniz

Reklam