19 yaşlı oğul atasını niyə öldürüb? – TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Bakıda 44 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi onun 19 yaşlı oğlu saxlanıb.
Az24.az xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub.
Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 44 yaşlı İftixar Vəlizadə yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. Dərhal istintaq qrupu əraziyə gəlib araşdırmalara başlayıblar.
19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli qismdə saxlanıb. Qonşular deyirlər ki, ailə həmin evi bir neçə ay əvvəl alıb. Qonşularla münasibətləri olmasa da, ailənin sakit olduğu bildirilir.
Qonşular onu da əlavə etdilər ki, mərhum İftixar Vəlizadə kombi ustası olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında:
Reklam
Oxşar xəbərlər
Ağdərədə 38 yaşlı kişi minaya düşdü – Ayağı amputasiya olundu
Bakıda şadlıq evi yandı, toy yarımçıq qaldı – VİDEO
Sabiq deputat vəfat etdi – FOTO
Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? – RƏSMİ
Masazırda binada yanğın: İnsanlar təxliyə edildi – VİDEO
Tanınmış alim vəfat etdi – FOTO
Tərdərdə 53 yaşlı kişi faciəli şəkildə öldü, anası…
Gəncədə yeniyetmə məktəbin qarşısında bıçaqlandı