Günün qoroskopu: Pul, sevgi və şans bu gün kimin tərəfindədir?
Bu gün ümumən enerjilər bir az hərəkətli, bir az da duyğusal ola bilər. Kimdəsə pul mövzusu, kimdəsə iş-güc, kimdəsə isə sevgi ön plana çıxacaq. Diqqətli olub emosiyaya qapılmadan qərar versən, gün sənin xeyrinə işləyə bilər.
Qoç
Bu gün bir az qaça-qaç içindəsən, amma bu səndə var, öyrəşmisən. Beynində yeni fikirlər çoxdur, özünü geri çəkmə, amma tələsik qərar da vermə. İş-gücdə və şəxsi həyatda hərəkətə keçməzdən əvvəl iki dəfə fikirləş. Axşama doğru özünü daha sosial, danışqan və enerjili hiss edə bilərsən. Sadəcə əsəbiləşəndə sözlərinin dozasına fikir ver.
Buğa
Bu gün xırda-xuru şeylər səni bezdirə bilər. Günlük problemlər, pul hesabları, ev işi-filan çox görünə bilər gözünə. Amma sən səbirli adam-san, bir az sakitləşib prioritet qoysan, çox şeyi yoluna qoya bilərsən. Özünü dəyərsiz hiss etmə, sadəcə nəyə həqiqətən dəyər verdiyini müəyyənləşdir. Axşam saatlarında bir az özünə vaxt ayırmaq yaxşı təsir edər.
Əkizlər
Bu gün “dünya mənim ətrafımda fırlanır” modundasan, amma hamı elə fikirləşmir təbii. Gözləntilərini bir az aşağı sal, ətrafdakılara da yer burax. Münasibətlərdə egonu çox qabağa verəndə insanlar səndən uzaqlaşa bilər. Danışanda diqqətli ol, hər sözü zarafat hesab etmirlər. Düz istifadə etsən, bu gün sənin üçün kommunikasiya baxımından məhsuldar ola bilər.
Xərçəng
Bu gün bir az öz içinə çəkilmək, evdə olmaq, ailə ilə vaxt keçirmək istəyə bilərsən. Çiyinlərinə yığdığın problemləri tək-tək həll etməyə çalış, hamısını eyni anda götürmək məcburiyyətində deyilsən. Daxildə yığdığın stressi sakit danışıqla, səmimi söhbətlə boşaltmaq sənə yaxşı gələcək. Özünü yorma, hər şeyin də yükünü “mən daşımalıyam” deyə düşünmə.
Şir
Bu gün sosial baxımdan yaxşı gündür, diqqət mərkəzində olmaq sənin üçün çətin deyil. İşdə və ya dost çevrəndə sənin fikrinə qulaq asan çox olacaq. Bu enerjidən istifadə elə, amma təkəbbürə də qapılma. Yeni planlar, kiçik layihələr üçün addım ata bilərsən. Sağlamlıqda isə rejimi pozmamağa çalış, yemək və yuxu saatlarına fikir ver.
Qız
Bu gün beynin daha çox iş, nizam-intizam və pul mövzusuna fokuslanıb. Görməli olduğun işləri siyahıya salıb bir-bir bitirsən, günün axırında özündən razı qalacaqsan. Hər şeyi mükəmməl eləməyə çalışma, bəzən “yaxşı” da kifayətdir. Həzm sistemi və stress əlaqəsinə diqqət elə, əsəbləşəndə mədəyə vurmasın.
Tərəzi
Bu gün münasibətlər mövzusu ön plandadır. Ya mövcud əlaqələrini balanslamağa çalışacaqsan, ya da yeni tanışlıqlar gündəmə gələ bilər. Duyğularını içində saxlamadan, amma qarşı tərəfi də incitmədən danışsan, çox məsələ aydınlaşar. Özünü güzgüdə bir az da bəyənmək, baxım eləmək də ruhuna yaxşı təsir edəcək.
Əqrəb
Bu gün içindən “bir az tək qalım, düşünüm” istəyi keçə bilər. Keçmişdə qalan mövzuları, bağlanmayan qapıları nəzərdən keçirə bilərsən. Ehtibar etdiyin az sayda insanla səmimi söhbət ürəyinə yüngüllük gətirə bilər. Qərar verərkən iç səsinə qulaq as, amma paranoyaya da qapılma. Enerjini boş yerə mübarizəyə sərf etmə.
Oxatan
Bu gün dostlar, sosial mühit, mesajlar, zənglər… bir az qarışıq, amma xoş hərəkətli enerji var. Planlar qurmaq, gələcəklə bağlı ideyaları paylaşmaq üçün yaxşı gündür. Həm də əyləncə, görüş, kiçik gəzinti üçün uyğun vaxtdır. Sadəcə pul xərcləyərkən özünü çox axına buraxma, “nə olacaq ki” deyə-deyə büdcəni aşma.
Oğlaq
Bu gün daha çox iş, karyera, nüfuz mövzuları ön plana çıxır. Özünü ciddiyə alan, məsuliyyətli tərəfin ortaya çıxacaq. Üst rəhbərlərlə və ya böyüklərlə münasibətdə sakit, amma özünə güvənən duruş sərgiləsən, xeyrini görərsən. Ad-san, imic baxımından özünü necə göstərdiyini bir daha düşün. Yükü çox hiss etsən belə, bu period sənin üçün dayaq yarada bilər.
Dolça
Bu gün beynin çox açıqdır, oxumaq, öyrənmək, yeni məlumatlar almaq üçün gözəl zamandır. Uzaqdan gələn xəbərlər, xaric, təhsil, hüquq və s. mövzular gündəmə gələ bilər. Ədalət hissin güclü olur, hər şeyə obyektiv yanaşmağa çalışırsan. Səfər və ya plan dəyişikliyi olar-sa, çox gərginlik etmə, bəlkə də sənin xeyrinədir.
Balıqlar
Bu gün bir az dərin hisslər, bir az da pul, borc, kredit və ortaq maliyyə məsələləri önə çıxa bilər. Kimə nə borcun var, kim sənə nə borcludur, hamısını dəqiqləşdirmək üçün yaxşı gündür. Emosional olaraq da həssassan, hər sözü ürəyinə salma. Özünü yüngülləşdirmək üçün meditasiya, musiqi, sakit gəzinti sənin üçün əla seçimdir.
Reklam
Oxşar xəbərlər
Günün Qoroskopu: Bu gün qarşınıza çıxacaq fürsətləri qaçırmayın
Evlilikdən qorxan iki BÜRC
Yanvarın 18-i ilə bağlı XƏBƏRDARLIQ – Elə hadisələr baş verəcək ki…
Hər BÜRC üçün 2026-cı ilin ən yaxşı ayı – PROQNOZ
Hansı bürcə hansı avtomobil uyğundur?
Sayğısız və eqoist 3 BÜRC – Onlar ətrafındakıları yox sayır