Quru sərhədləri gələn il açılacaq? – MÜHÜM AÇIQLAMA
“Quru sərhədlərin bağlı olması təbii ki, pandemiya ilə bağlı idi. Daha sonra qonşuluğumuzda baş verən müharibələr – Ukrayna–Rusiya müharibəsi, İsrail və İran arasında qarşıdurma kimi hallar regionda kifayət qədər ciddi vəziyyət yaratdı. Eyni zamanda Ermənistanla da müəyyən gərginlik var idi, müharibə bitsə də, öz separatçı mövqelərindən əl çəkməmişdilər. Ona görə də ölkəmizin təhlükəsizliyi üçün quru sərhədlər bağlanıb”.
AZ24.az xəbər verir ki, bunu ajans.az-a açıqlamasında sabiq deputat Fəzail Ağamalı deyib. O bildirib ki, 2026-cı ildə nə olacağına birmənalı cavab vermək çətindir:
“Ukraynada müharibə uzanır. İran–İsrail münasibətləri də gərgin olaraq qalır. Sadəcə fasilədir, İsrail öz təhlükəsizliyini təmin etmək için İran rejimi ilə haqq-hesabı həll etmək niyyətindən əl çəkməyib.
Belə vəziyyətdə quru sərhədlərin açılması məqsədəuyğun deyil. Bu qarşıdurmalar dövlətimizin təhlükəsizliyi üçün problemlər yarada bilər”.
Reklam
Oxşar xəbərlər
Adnan Əhmədzadə ilə bağlı QƏRAR VERİLDİ
Bakıda BÖYÜK SÖKÜNTÜ başlayır – 1600-dən çox ev və tikili söküləcək
Azərbaycanda məcburi əsgərlik ləğv edilir? – VACİB AÇIQLAMA
Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu
Misir Mərdanova yeni vəzifə verilir – Onun yerinə gətirilir
Bu cərimələr kəskin artdı