Rusiya Türkiyə gəmisinə raket hücumu etdi – VİDEO

Rusiya Türkiyə gəmisinə raket hücumu etdi – VİDEO

Dünya 12.12.2025 20:53 120

Türkiyə şirkətinə məxsus yükdaşıma gəmisi Odessanın Çernomorsk limanında Rusiyanın raket hücumuna məruz qalıb.

AZ24.az xəbər verir ki, bu barədə “Report”un Şərqi Avropa bürosuna İvano-Frankovsk vilayətindəki Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov məlumat verib.

“CENK RORO” gəmisinin yükdaşıma avtomobilləri daşıdığı bildirilib. Hücum zamanı Azərbaycan qeydiyyatı olan 10-dək avtomobildaşıyan texnikanın da hədəfə alındığı ehtimal olunur.

Ölən və yaralananlar barədə məlumat verilməyib.

***

Rusiya Ukraynanın Odessa limanında Türkiyə yük gəmisinə raket hücumu edib.

AZ24.az Türkiyə mətbuatina istinadən xəbər verir ki, hücumdan sonra gəmidə böyük yanğın baş verib. Hadisə ilə bağlı ölən və yaralananlar barədə rəsmi məlumat açıqlanmayıb.

Rusiya tərəfinin bu addımı Ukraynanın son həftələrdə Qara dənizdə rus tankerlərinə hücumu fonunda bölgədə gərginliyi daha da artırıb.

Reklam